Cəmiyyət

Bu meydana Eldar Mansurovun babasının adı verildi

06 Jan 2026, 15:26 2 baxış
Bu meydana Eldar Mansurovun babasının adı verildi

Vaxtilə İçərişəhərdə "Tut ağacı" meydanı adı ilə tanınan bu yerə öz qədim adı - "Ağa Salah Meydanı" adı qaytarıldı.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu xalq artisti, bəstəkar Eldar Mansurov sosial şəbəkə hesabında yazıb.


O bildirib ki, bu meydanı yaradan şəxs onun ulu babası Ağa Salah bəy Mansurov olub.


"Tarixi adın yenidən bu meydana qaytarılmasına görə İçərişəhər Dövlət Tarix-Memarlığı Qoruğunun rəhbərliyinə özümün və ailəmin adından minnətdarlığımı bildirirəm", - deyə bəstəkar qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər