Cəmiyyət

İçərişəhərdə yerləşən meydana bəstəkar Eldar Mansurovun babasının adı verildi

06 Jan 2026, 14:52 2 baxış
İçərişəhərdə yerləşən meydana bəstəkar Eldar Mansurovun babasının adı verildi
"Vaxtilə İçərişəhərdə "Tut ağacı" meydanı adı ilə tanınan bu yerə öz qədim adı - "Ağa Salah Meydanı" adı qaytarıldı". Oxu.Az xəbər verir ki, bunu Xalq artisti, bəstəkar Eldar Mansurov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu meydanı yaradan şəxs onun ulu babası Ağa Salah bəy Mansurov olub. "Tarixi adın yenidən bu meydana qaytarılmasına görə İçərişəhər Dövlət Tarix-Memarlığı Qoruğunun rəhbərliyinə özümün və ailəmin adından minnətdarlığımı bildirirəm", - deyə bəstəkar qeyd edib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər