Cəmiyyət

Tağlar mağarasında 57 ildən sonra ilk dəfə neandertal insana aid qalıqlar TAPILDI

06 Jan 2026, 13:44 2 baxış
Tağlar mağarasında 57 ildən sonra ilk dəfə neandertal insana aid qalıqlar TAPILDI
2025-ci ildə 80 min il yaşı olan neandertal insana aid qalıqlar tapılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlar mağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında tədqiqat aparıb. "Tədqiqatın əsas nəticəsi 1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılması hesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min il olan neandertal insana aid qalıqdır və hazırda tapıntı Yaponiyada təhlil olunur", - deyə məlumatda vurğulanıb. Həmçinin qeyd olunub ki, ilk dəfə olaraq stratiqrafiya (tarixi geologiyanın bölməsi, Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir) baxımından II və III təbəqələri ayıran sərhəd dəqiqliklə müəyyən edilib, mağaranın ağız hissəsində qazılmamış, Orta Paleolit dövrünə aid daha qədim təbəqələr aşkar edilib, radiokarbon və OSL (Optical Stimulated Luminescence - optik stimullaşdırılmış lüminessensiya: süxur nümunələrindəki mineralların son dəfə nə vaxt günəş işığına məruz qaldığını müəyyən edən əsas fiziki mütləq tarixləndirmə metodu) analizləri üçün 20-dən artıq nümunə götürülüb. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər