Siyasət
Tramp Kolumbiyada hərbi əməliyyatları istisna etməyib
ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada hərbi əməliyyat ehtimalını istisna etməyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Florida ştatının Uest-Palm-Biç şəhərindən Vaşinqtona gedən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb. ABŞ-nin "xəstə qonşusu" adlandırdığı Venesuelaya toxunan Tramp Kolumbiyanı da eyni şəkildə xarakterizə edib. "Ora kokain istehsal edib ABŞ-yə satmağı sevən xəstə bir adam tərəfindən idarə olunur. O, bunu uzun müddət etməyəcək, bu sizə mən deyirəm", - deyə Tramp bildirib.
Mənbə
oxu.az