Siyasət

Abbas Əraqçı: "İran və Azərbaycan mehriban qonşuluq münasibətlərini möhkəmləndirirlər"

04 Jan 2026, 16:12 1 baxış
Abbas Əraqçı: "İran və Azərbaycan mehriban qonşuluq münasibətlərini möhkəmləndirirlər"
İranın xarici işlər naziri Abbas Əraqçı Tehranda ölkənin Azərbaycandakı səfiri Müctəba Dəmirçilunu qəbul edib. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, görüş zamanı səfir Əraqçıya Bakıya son səfərindən sonra ikitərəfli münasibətlərin vəziyyəti ilə bağlı geniş hesabat verib. Xarici işlər naziri Azərbaycanla hərtərəfli münasibətlərin davamlı olaraq möhkəmləndirilməsi və inkişaf etdirilməsi, habelə, iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə məsləhətləşmələrin genişləndirilməsi yolu ilə mehriban qonşuluq yanaşmasının səmərəli şəkildə irəlilədiyini vurğulayıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər