Siyasət

Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollarlıq investisiya planları müzakirə edilib

02 Jan 2026, 21:08 1 baxış
Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollarlıq investisiya planları müzakirə edilib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Pakistanın xarici işlər naziri İshaq Dar arasında telefon danışığı baş tutub. Oxu.Az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, söhbət zamanı Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu müzakirə edilib. Rəsmilər ikitərəfli münasibətlərin vəziyyətindən məmnunluqlarını ifadə ediblər və onları daha da inkişaf etdirmək barədə razılığa gəliblər. Pakistan XİN rəhbəri qarşılıqlı maraq doğuran sahələrdə Pakistan-Azərbaycan əməkdaşlığının gücləndirilməsində yüksəksəviyyəli əlaqələrin vacibliyini vurğulayıb. Bu baxımdan Pakistan iqtisadiyyatının müəyyən edilmiş sektorlarına Azərbaycan investisiyalarının qoyulmasına imkan verən mexanizmin yekunlaşdırılmasının əhəmiyyəti qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər