Siyasət

Azərbaycan İsveçrəyə başsağlığı verdi

01 Jan 2026, 17:16 1 baxış
Azərbaycan İsveçrəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib.


Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.


"Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu.


Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk.


Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq", - paylaşımda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər