Siyasət

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

01 Jan 2026, 17:52 1 baxış
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev 2025-ci ildə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.


Axar.az xəbər verir ki, bu barədə ukraynalı diplomat özünün X sosial şəbəkəsindəki hesabında paylaşım edib.


"Biz Azərbaycandakı və bütün dünyadakı tərəfdaşlarımıza, dostlarımıza 2025-ci ildəki dəstəyə görə təşəkkür edirik. Məqsədimiz aydın qalır: azadlıq, ədalətli və davamlı sülh. 2026-cı ildə Ukrayna, Avropa və bütün dünya üçün sülh və təhlükəsizlik naminə işləməyə davam edəcəyik. Qoy yeni il hamı üçün ədalətli sülh gətirsin", - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər