Digər
ABŞ İran və Venesuelaya sanksiyalar tətbiq etdi
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi dron ticarəti ilə əlaqədar olaraq İran və Venesueladan olan 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.
"Bu gün Venesuela və İranda yerləşən və İranın Venesuela ilə dron ticarətinə töhfə verən 10 fiziki və hüquqi şəxs, o cümlədən Venesuela şirkətlərinə qarşı sanksiyalar tətbiq edilir", - deyə açıqlamada qeyd olunub.
Mənbə
axar.az