Siyasət

Mirzoyan Ermənistanda TRIPP marşrutu üzrə tikintinin başlayacağı tarixi açıqlayıb

28 Dec 2025, 23:12 1 baxış
Mirzoyan Ermənistanda TRIPP marşrutu üzrə tikintinin başlayacağı tarixi açıqlayıb
"Ermənistan Azərbaycanla birbaşa ticarəti müzakirə edir". Oxu.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin İctimai Televiziyasında bildirib. O vurğulayıb ki, Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox faydalıdır: "Boykot çağırışları görmüşəm, amma növbələrin də olduğunu öyrənmişəm", - deyə nazir qeyd edib. Mirzoyan TRIPP layihəsi barədə də danışıb: "Biz ABŞ tərəfi ilə çox intensiv işləyirik və tikinti 2026-cı ilin ikinci yarısında başlayacaq", - deyə o bildirib. Rusiya və İranın "Tramp marşrutu"na qarşı olduğuna gəlincə, Mirzoyan bildirib ki, bu, doğru deyil. "İranlı həmkarlarımızdan eşitdiyimə görə, infrastrukturun açılması İranda suallar doğurub. Onlar suallar veriblər, biz cavablar vermişik. İndi həm biz, həm də İran infrastrukturun açılmasında imkanlar görürük", - deyə Mirzoyan qeyd edib. Ermənistanın xarici işlər naziri bəyan edib ki, Türkiyə ilə münasibətlərdə əsaslı, konkret və hissolunacaq irəliləyiş əldə etməyin vaxtı gəlib çatıb: "Türkiyə ilə çox intensiv və çox müsbət dialoqumuz var, eyni zamanda, əsaslı, hissolunacaq və konkret irəliləyiş əldə etməyin vaxtı gəlib çatıb. Düşünürəm ki, yaxın gələcəkdə çox müsbət irəliləyiş əldə edəcəyik. Məsələn, ilin sonuna qədər çox simvolik bir addım görə bilərik", - o vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər