Kriminal

Şərurda minik avtomobili qaz xəttinə çırpıldı, bir neçə kənd qazsız qaldı

28 Dec 2025, 16:42 1 baxış
Şərurda minik avtomobili qaz xəttinə çırpıldı, bir neçə kənd qazsız qaldı
Şərur rayonunda yol-nəqliyyat hadisəsi zamanı minik avtomobili qaz xəttinə çırpılıb və nəticədə xətt sıradan çıxıb. Oxu.Az-ın məlumatına görə, qəza zamanı avtomobil D-159-luq qaz xəttini zədələyib. Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı və Diyadin kəndlərində qazın verilişi müvəqqəti dayandırılıb. Hazırda bərpa işləri aparılır və işlər başa çatdıqdan sonra həmin ərazilərə təbii qazın verilməsi bərpa olunacaq.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər