Kriminal
Tərtərdə QƏZA: Yaralılar var
Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var. Oxu.Az xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az
Oxşar Xəbərlər