Digər

ABŞ-da demokratiya belə məhv edilir - Mask

28 Dec 2025, 00:41 1 baxış
ABŞ-da demokratiya belə məhv edilir - Mask

Radikal solçular artıq uzun müddətdir ki, saxta dövlət proqramlarından istifadə edərək ölkəyə çox sayda qanuni və qeyri-qanuni miqrant gətirib, onları ölkədə saxlayırlar ki, seçkilərdə qalib gəlsinlər. Hətta Amerikanı təkpartiyalı dövlətə çevirərək əsl demokratiyanı məhv etsinlər.


Axar.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask öz sosial şəbəkə hesabında yazıb.


“Bu prosesi nə qədər uzun müddət izləyirsənsə, vergilərinizin nəyə yönəldiyindən və əgər bu dayandırılmasa, sənin səsinin heç bir əhəmiyyət daşımayacağından bir o qədər dəhşətə gəlirsən”, -deyə Mask bildirib.


Mask hesab edir ki, oxşar vəziyyət Avropada, Böyük Britaniyada, Kanadada, Avstraliyada və Yeni Zelandiyada da formalaşır.

Mənbə axar.az

Oxşar Xəbərlər