Kriminal
Sabirabadda avtomobil kanala aşıb, ölən var
Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər həyatını itirib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Araz Adil oğlu Məmmədov idarə etdiyi avtomobildə qəfil idarəetməni itirib və avtomobil kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər