Kriminal

Paytaxt sakini avtomobildə ürək çatışmazlığından öldü

27 Dec 2025, 21:24 1 baxış
Paytaxt sakini avtomobildə ürək çatışmazlığından öldü
Bakı sakini ürək çatışmazlığından avtomobildə dünyasını dəyişib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 20:30-da Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki "Atəşgah dairəsi"ndə baş verib. Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rəsul Oruc oğlu Əliyevin avtomobildə qəfil ürək çatışmazlığından halı pisləşib. O, yaxınları tərəfindən Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun artıq öldüyü məlum olub. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər