Kriminal
Paytaxtda yanıq xəsarətləri alan kişi səkkiz gün sonra öldü
Bakıda yanıq xəsarətləri alan kişi xəstəxanada ölüb. Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə dekabrın 19-da Sabunçu rayonu ərazisində baş verib. 63 yaşlı Əli Şirin oğlu Əliquluyev elektrik qısaqapanması nəticəsində yanıq xəsarətləri alaraq Xəzər rayonu, Buzovna qəsəbəsindəki xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq o, dekabrın 27-də dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər