Kriminal
Qadın işlədiyi gözəllik salonunda öldü
Biləsuvar rayonunda qadın işlədiyi gözəllik salonunda ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə dekabrın 26-da axşam saatlarında rayonun mərkəzində yerləşən gözəllik salonunda baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Məmmədovanın işlədiyi gözəllik salonunda halı qəfil pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. O, ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az
Oxşar Xəbərlər