Kriminal
Binədə əqli pozuntuları olan kişi elektrik sobasında yanıb
Bakıda 53 yaşlı kişi sobanın üzərinə yıxılıb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verib. Qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli pozuntuları olan Elşad Sadıqov yaşadığı evdə elektrik sobasının üzərinə yıxılıb. Hadisə nəticəsində o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az
Oxşar Xəbərlər