Cəmiyyət
Moskvadan Gəncəyə uçan təyyarə üç saatdan çox yubanıb - SƏBƏB NƏDİR?
Moskvanın Domodedovo hava limanından Gəncəyə uçması planlaşdırılan təyyarə reysi 3 saatdan artıq yubanıb. Oxu.Az-ın xəbərinə görə bu barədə Rusiyanın "Telegram" kanallarında məlumat verilib. Ural Hava Yollarının "U62411" reysi ilə uçan sərnişinlər qeyd ediblər ki, Domodedovodan Gəncəyə 12:00 uçuşu üç saat yarım gecikib: "Sərnişinlər deyirlər ki, uçuş hər 30 dəqiqədən bir yenidən planlaşdırılıb. Hava limanının və aviaşirkətin nümayəndələri gecikmənin səbəblərini izah etməyiblər".
Məlumat ictimailəşəndən sonra aviaşirkətin veb saytında Moskvadan Gəncəyə uçuşun saat 15:35-ə planlaşdırıldığı bildirilirdi.
Məlumat ictimailəşəndən sonra aviaşirkətin veb saytında Moskvadan Gəncəyə uçuşun saat 15:35-ə planlaşdırıldığı bildirilirdi.
Mənbə
oxu.az