Kriminal

Bakıda bağçanın həyətini və küçəni su basıb - ŞİKAYƏT

27 Dec 2025, 13:12 1 baxış
Bakıda bağçanın həyətini və küçəni su basıb - ŞİKAYƏT
Bakı şəhəri, Xətai rayonu, metronun "Həzi Aslanov" stansiyası yaxınlığında, Məhəmməd Hadi küçəsi 89 ünvanında yerləşən 248 nömrəli uşaq bağçasının həyətini su basıb. Bu barədə Oxu.Az-a şikayət ünvanlayan sakinlər bildiriblər ki, bir həftə əvvəl başlayan problem günbəgün daha ağır fəsadlara səbəb olmaqdadır. 11 saylı marşrutun keçdiyi küçədən piyada hərəkət etməyin mümkün olmadığı bildirilib: "Kimisi deyir ki, su borusu zədələnib, kimisi su çəninin partladığı bildirir. Ərazidə su çox olduğundan biz ora yaxınlaşıb səbəbini öyrənə bilmirik. Üç gündür artıq məhəlləyə suyun verilməsi məhdudlaşdırılıb və təbii qaz da fasilələrlə verilir. Eşitdiyimə görə, bağça rəhbərliyi yaranmış problemlə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət etsə də, tədbir görən olmayıb", - deyə sakinlərdən biri qeyd edib. Şikayətlərlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və "Azəriqaz"a sorğu ünvanlasaq da, bu qurumlardan hələlik müraciətimizə cavab verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər