Cəmiyyət

Anar Bağırov: "Vəkillik vətəndaş cəmiyyətinin mühüm aləti və dayaq nöqtəsidir"

27 Dec 2025, 12:30 1 baxış
Anar Bağırov: "Vəkillik vətəndaş cəmiyyətinin mühüm aləti və dayaq nöqtəsidir"
"Bu gün daha 60 yeni vəkilin and içərək fəaliyyətə başlaması ilə Azərbaycanda bu peşə sahiblərinin ümumi sayı 2836 nəfərə çatır". Oxu.Az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bugünkü təntənəli mərasimdə çıxışı zamanı deyib. VK rəhbəri bildirib ki, hazırda qadın vəkillərin sayı 633, kişi vəkillərin sayı isə 2203 nəfərdir: "Ümumilikdə 2025-ci il ərzində keçirilmiş test imtahanlarında iştirak edən 823 nəfərin 420-si uğur qazanıb. Vəkilliyə qəbul prosesinin şəffaf və obyektiv keçirilməsində mühüm rol oynayan Vəkillərin İxtisas Komissiyasına təşəkkürümü bildirirəm". A.Bağırov vurğulayıb ki, vəkil vətəndaşı qanundan deyil, qanun pozuntusundan müdafiə edir: "Vəkil öz fəaliyyəti ilə qanunçuluğun möhkəmlənməsinə, vətəndaşların qanuna, ədalətə və bütövlükdə dövlətə inamının artmasına xidmət edir. Məhz buna görə vəkillik yalnız peşə fəaliyyəti deyil, eyni zamanda cəmiyyət qarşısında daşıdığı məsuliyyət baxımından vətəndaş cəmiyyətinin mühüm aləti və dayaq nöqtəsidir". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər