Cəmiyyət
Qulaqlıqsız "TikTok"a baxanları avtobusa qoymasalar, necə olar?
Qan Turalı yazır... "Black mirror" serialı təkcə qorxulu gələcək haqqında deyil. O, həm də az qala sənədli filmdir. Belə ki, serialın "Nosedive" seriyası insanların ballara malik olduğunu, bu balların qalxıb endiyini və insanların sosial statuslarının bu ballarla müəyyən olunduğundan bəhs edirdi. Çin Xalq Respublikasında 2018-ci ildən bu yana tətbiq edilən sosial kredit sistemi də əslində "Nosedive" seriyasının reallığa tətbiq edilməsidir. Məsələnin təfərrüatına keçməmiş onu da qeyd edək ki, bu sistem ölkəmizdə də özünə xeyli tərəfdar toplaya bilər. Hətta, bu tərəfdarlar arasında xeyli sayda oxumuş, intellektual insanların olması da mümkündür. Sistem isə bu cür işləyir. Hər vətəndaş 1000 bala sahib olur. Sonra isə davranışlardan asılı olaraq bu bal qalxa, ya da enə bilir. Misal üçün, piyada keçidindən keçirsinizsə, bal alırsınız. Ya da bir qocaya, ya da uşağa kömək edirsinizsə, bal alırsınız. Kreditləri vaxtında ödəmək də vətəndaşa bal formasında geri qayıdır. Xeyriyyə ilə məşğul olmaq, ianələr etmək də sizin balınızı artırır. Hansısa qəhrəmanlıq etmək (misal üçün uşağı avtomobil qəzasından, ya da kimisə suda batmaqdan xilas etmək) 30 balla qiymətləndirilir. Qan vermək də ballara müsbət təsir edir. Ancaq işıqforun qırmızı işığında yol keçmək, hansısa dini sektalara və təriqətlərə qoşulmaq, hay-küy salıb digər insanları narahat etmək, tez-tez spirtli içki və ya siqaret almaq baldan çıxılır. 1050-dən yuxarı bal toplayan şəxslər nümunəvi vətəndaşlar sayılırlar. Onların şəkilləri şərəf lövhələrinə, şəhər mərkəzlərinə asılır. Hamı onlar haqqında qürurla və fəxrlə danışır. Ancaq yüksək ballıların qazancı təkcə bu deyil. Onlar xəstəxanalarda növbəsiz qəbul alırlar. Onlardan ilkin ödəniş tələb olunmur. Onlar daha sərfəli kredit əldə edə bilirlər. Hətta, flirt tətbiqlərində onlar daha qabaqda göstərilir (Əlbəttə ki, şəxs subaydırsa... Evli adamın flirt tətbiqinə girməsi Çində heç də yaxşı hal sayıla bilməz, onun balı kəsilər). Bu şəxslər lüks hotellərdə yer rezervasiya edə, qatar və təyyarələrə asanlıqla bilet tapa bilirlər.
Bəs aşağı bal alanlar necə? Onları isə heç də xoş gün gözləmir. Misal üçün, balınız 600-dən aşağı düşübsə, siz iş tapa bilmirsiniz. Uşağınızın məktəb seçiminə aşağı ballar mənfi təsir göstərə bilir. Hətta, aşağı bala malik olan şəxslərin səyahət imkanları da məhdudlaşdırılır. 2018-ci ildə açıqlanan rəqəmə görə aşağı etimadlı şəxslərin 4 milyondan çox yüksəksürətli qatar, 11 milyondan çox təyyarə bileti ləğv edilib. Lüks hotellərin qapısı sizin üzünüzə bağlanır. Bir növ, "üçüncü sort" vətəndaşa çevrilirsiniz. 1050 baldan yuxarılar A+, 1000-1050 arası A, 900-1000 arası B səviyyə sayılır. Bu qrupların hər birinin xüsusi imtiyazları mövcuddur. 850-dən az balı olanlar isə marjinal zümrəyə daxil edilir. Yuxarıda qeyd edildiyi kimi, 600-dan az bal toplayanlar isə bir növ Hindistandakı toxunulmazlar (dalit) kastasını xatırladır. Yuxarı bala sahib olan insanlar bu şəxslərlə ünsiyyətdən qaçır, bu ünsiyyəti öz nüfuzlarına zərbə hesab edir. Sistem Çinin bütün bölgələrində yox, pilot layihə kimi üç bölgədə tətbiq edilir. Hər bir bölgənin isə özünəməxsus qiymətləndirmə sistemi mövcuddur. Sistemə nəzarət isə çoxsaylı kameralar vasitəsilə tətbiq olunur. Misal üçün, yolu piyada keçiddən keçməyən şəxsin dərhal balından çıxılır və onun şəkli küçə kənarında quraşdırılan iri ekranlarda hamıya göstərilir. Bu ictimai qınaqla Çin insanları daha diqqətli və nümunəvi vətəndaşa çevirmək məqsədi güdür. Öz itini buruntaqsız küçəyə çıxaran, eləcə də onun nəcisini təmizləməyən, itlə başqalarını narahat edən insanların ev heyvanı müsadirə də olunur. Bu da sosial kredit sisteminin tərkib hissəsidir. Bu sistemi daha təkmil varianta salıb Çinin bütün bölgələrində tətbiq etmək məqsədi nəzərdə tutulur. Ancaq bu sistemi tətbiq etməyə çalışan ölkə ancaq Çin deyil. İtaliyada da bu sistem pilot layihə formasından tətbiq olunur. Çindən fərqli olaraq İtaliyada bu sistem könüllü xarakter daşıyır. Tullantılarını düzgün (metal, kağız, plastik və s.) ayıranlar, ictimai nəqliyyatdan istifadə edənlər, nümunəvi davranış nəticəsində cərimələnməyənlər endirimlər, mədəni tədbirlərdə güzəştlər qazanırlar. Qarşıda bir sual dayanır. Avtobusda uca səslə, qulaqlıqsız "Tiktok"a baxanlara bir müddət sonra ictimai nəqliyyatdan istifadəyə qadağa qoyulsa, necə olar? Belə bir sistemin Azərbaycanda tətbiq olunmağını istəyərdinizmi?

Mənbə
oxu.az