Siyasət
Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutuna yeni direktor təyin edilib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor təyin edilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Faiq Mirzəyevdir. O, institutun rəhbərliyində Vüqar Babakişiyevi əvəz edib. Xatırladaq ki, Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.
Mənbə
oxu.az