Cəmiyyət

Bu rayona 25 sm qar yağdı

27 Dec 2025, 10:16 7 baxış
Bu rayona 25 sm qar yağdı

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb.


Axar.az Report-a istinadən xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.


Hazırda bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.


Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 3 sm qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər