Digər

ABŞ iqtisadiyyatına 1,4 milyard dollar qazandıran serial...

27 Dec 2025, 01:29 1 baxış
ABŞ iqtisadiyyatına 1,4 milyard dollar qazandıran serial...

"Netflix"in məşhur “Çox qəribə işlər” (“Stranger Things”) serialı ABŞ iqtisadiyyatına 1,4 milyard dollar töhfə verib.


Axar.az Axşam.az-a istinadən xəbər verir ki, serialın istehsalı nəticəsində 8 mindən çox yeni iş yeri yaradılıb.


Ən böyük iqtisadi faydanı serialın əsasən çəkildiyi Corciya ştatı əldə edib. Serialın bu ştatın ümumi daxili məhsuluna töhfəsi 650 milyon dollar təşkil edib. İstehsal prosesinə isə 2 mindən çox podratçı cəlb olunub.


İkinci yerdə 500 milyon dollar töhfə ilə Kaliforniya ştatı qərarlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər