Siyasət

Ceyhun Bayramov: "Ölkəyə qanunsuz səfərlər edən şəxslər vaxtilə "persona non grata" elan ediliblər"

26 Dec 2025, 18:24 1 baxış
Ceyhun Bayramov: "Ölkəyə qanunsuz səfərlər edən şəxslər vaxtilə "persona non grata" elan ediliblər"
"Azərbaycan ərazisinə qanunsuz səfərlər edən şəxslər vaxtilə "persona non grata" elan ediliblər. İşğal dövrü bitdikdən sonra həmin şəxslər Azərbaycana müraciət edib öz səhvlərini etiraf etdiyi təqdirdə, onlar bu siyahıdan çıxarılıblar". Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. "Yəni belə praktika mövcuddur. Lakin kim müraciət etmirsə, onlar "qara siyahı"da qalırlar. Qeyd edim ki, həmin siyahıda bu gün 2000 civarında şəxs var", - nazir qeyd edib. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər