Siyasət

Ceyhun Bayramov: "Ən vacib və ən böyük istəyimiz odur ki, müharibə tez başa çatsın"

26 Dec 2025, 17:36 1 baxış
Ceyhun Bayramov: "Ən vacib və ən böyük istəyimiz odur ki, müharibə tez başa çatsın"
"Ən vacib və ən böyük istəyimiz odur ki, müharibə tez başa çatsın. Bu, böyük faciədir. Dörd ili tamam olacaq. Müharibədə həlak olmuş insanların sayı yüksəkdir. İnanılmaz faciədir. Arzu edərdik ki, 2026-cı ildə başa çatsın". Bunu 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında Oxu.Az əməkdaşının "Rusiya-Ukrayna müharibəsinin 2026-cı ildə başa çatması ehtimalı fonunda Azərbaycan postmüharibə dövründə formalaşacaq yeni geosiyasi reallıqlara hansı əsas istiqamətlər üzrə hazır olmalıdır?" sualına cavab olaraq xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, prosesləri indidən proqnozlaşdırmaq olmaz: "Bu, müharibənin hansı şərtlərlə başa çatmasından asılıdır. Bir neçə ssenari var. Bunlar Rusiyanın Ukrayna ilə münasibətləri, Rusiyanın Avropa ilə soyuq müharibəsi davam edəcəkmi, Rusiyaya tətbiq olunan sanksiya davam edəcəkmi, Ukraynanın bərpa prosesi necə olacaq, bərpa prosesi ilə bağlı plan mövcud olacaqmı? - Bir çox elementlər var ki, onları bilmədən fərziyyələr irəli sürmək olmaz. Bizim davranışımız bu proseslərdən asılı olacaq". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər