Cəmiyyət

Hazırda 5 ölkə ilə vizanın ləğvi üçün işlər aparılır

26 Dec 2025, 17:10 1 baxış
Hazırda 5 ölkə ilə vizanın ləğvi üçün işlər aparılır

Hazırda 5 ölkə ilə vizanın ləğv edilməsi üçün işlər aparılır.


Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.


Onun sözlərinə görə, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi məqsədilə ölkələrin siyahısının genişləndirilməsi istiqamətində işlər davam etdirilir:


"Bunlar təhlil edilir və qarışıqlıqlı prinsip əsasında bütün elementlər nəzərə alınmaqla, prosesdə artım müşahidə edilir. Son bir neçə ildə Albaniya, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Qətər, Mərakeş, Çin kimi ölkələrə gediş-gəliş vizasız olub. 2025-ci ildə 10 ölkə ilə vətəndaşlar üçün vizasız gediş-gəliş təmin edilib. Ümumilikdə 74 ölkə ilə diplomatik pasportla bağlı sazişlər imzalanıb".

Mənbə axar.az

Oxşar Xəbərlər