Cəmiyyət

AMB-dən bu şirkətə göstəriş: sığorta satışları dayandırılır

26 Dec 2025, 16:24 1 baxış
AMB-dən bu şirkətə göstəriş: sığorta satışları dayandırılır

“AtaSığorta” şirkətinin sığorta satışları dayandırılır.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Banki (AMB) məlumat yayıb.


Məlumata görə, AMB AtaSığorta ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə şirkətə icrası məcburi olan göstəriş verilib.


Göstərişə əsasən AtaSığorta ASC-ə yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması tapşırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər