Cəmiyyət
Kürdəmir rayonunda 55 yaşlı məhkəmə sədri vəfat etdi
Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov bu gün vəfat edib. Oxu.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, 55 yaşlı hakimin onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi deyilir. Qeyd edək ki, Marif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb. O, 2007-11-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi, 2011-25 illərdə Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir Rayon Məhkəməsinin sədri kimi fəaliyyət göstərib.
Mənbə
oxu.az