Cəmiyyət

Bu kəndlərə növbəti köç karvanı yola salındı

26 Dec 2025, 12:50 1 baxış
Bu kəndlərə növbəti köç karvanı yola salındı

Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb.


Axar.az xəbər verir ki, doğma yurduna qayıdanlar respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


Bu mərhələdə Xıdırlı kəndinə 64 ailənin (278 nəfər), Hadrut qəsəbəsinə 13 ailəni (51 nəfər), Seyidbəyli kəndinə isə 11 ailənin (48 nəfər) daimi qayıdışı təmin edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər