Cəmiyyət
Azərbaycanda mobil telefonu olan qadınların sayı kəskin artıb
2015-2024-cü illər ərzində Azərbaycanda mobil telefonu olan şəxslərin xüsusi çəkisi 12.5 faiz bəndi artaraq 74.1 faizdən 86.6 faizə çatıb. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, sözügedən dövrdə mobil telefonu olan kişilərin xüsusi çəkisi 8.6 faiz bəndi artaraq 78.6 faizdən 87.2 faizə yüksəlib. Qadınlar arasında isə artım daha yüksək olub - mobil telefon sahibliyi 16.3 faiz bəndi artaraq 69.7 faizdən 86 faizə qalxıb. Əvvəlki illərlə müqayisədə 2024-cü ildə mobil telefonu olan şəxslərin xüsusi çəkisi şəhər yerlərində 89.2 faizdən 90.3 faizə, kənd yerlərində isə 78.3 faizdən 82.1 faizə yüksəlib. Elmidar Əliyev
Mənbə
oxu.az