Kriminal
DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadıldı
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən bununla bağlı verilən vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Qeyd edək ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər