Kriminal

Ölkədən çıxışına qadağa qoyuldu, gizli yolla Rusiyaya qaçarkən yaxalandı

25 Dec 2025, 17:54 1 baxış
Ölkədən çıxışına qadağa qoyuldu, gizli yolla Rusiyaya qaçarkən yaxalandı
Azərbaycandan çıxışına qadağa qoyulan şəxs Rusiyaya qaçarkən yaxalanıb. Oxu.Az-ın məlumatına görə, hadisə Qusar rayonun Samur qəsəbəsi ərazisində baş verib. Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü İlham Əsədov (ad və soyad şərtidir) Rusiyanın Saratov şəhərinə getmək üçün "Samur" sərhəd-keçid məntəqəsinə gəlib. Məntəqədə aparılan araşdırmalar zamanı məlum olub ki, İ.Əsədovun ölkədən çıxışına qadağa qoyulub. Buna görə də o, sərhəddən geri qaytarılıb. Sərhəd-keçid məntəqəsindən geri qayıdan İ.Əsədov bu dəfə Rusiyaya qanunsuz keçmək qərarına gəlib, bu məqsədlə Samur qəsəbəsi ərazisindən gizli yolla ölkəni keçməyə cəhd edib. O, sərhədin tikanlı məftillə çəpərlənmiş hissəsindən keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. İ.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan işə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İ.Əsədov 1000 manat cərimə edilib. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər