Digər

1401-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

25 Dec 2025, 14:52 1 baxış
1401-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1401-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 669 təyyarəsi, 283 helikopteri, 104 953 PUA-sı, 640 zenit-raket kompleksi, 26 717 tank və digər zirehli texnikası, 1 634 reaktiv yaylım atəş sistemi, 32 153 artilleriya və minaatanı, 49 974 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər