Kriminal
Bakıda beşmərtəbəli yataqxana binasındakı yanğın SÖNDÜRÜLDÜ
Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binasındakı yanğın söndürülüb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumatda qeyd edilib ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın nazirliyin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər