Kriminal
Bakıda atasını öldürənə hökm oxunub
Bakıda atasını öldürməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda prokuror məhkəmədən Murad Əmirovun 18 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Müşavirədən sonra hökm oxunaraq Murad Əmirov 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin psixoloji problemlərinin olmasını nəzərə alan məhkəmə onun məcburi müalicəyə cəlb edilməsi ilə də bağlı qərar çıxarıb. Qeyd edək ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında baş verib. 1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Nəticədə M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib. M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Elgün Həsənli
Mənbə
oxu.az
Oxşar Xəbərlər