Kriminal

Bakıda iki avtobus toqquşdu: Ölənlər və yaralananlar var

25 Dec 2025, 11:48 1 baxış
Bakıda iki avtobus toqquşdu: Ölənlər və yaralananlar var
Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Qurumdan Oxu.Az-a bildirilib ki, bu gün saat 09:00-da Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb. Belə ki, "Suzuki" markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtobusla toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır. Paytaxtın Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarında baş verən hadisə zamanı iki nəfər ölüb. Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 25-də saat 9:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb. Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb edilib: "Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və bir uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar. İki nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər