Kriminal

Sabirabadda pambıqyığan kombayn qəzaya uğradı, ölən var

25 Dec 2025, 10:54 25 baxış
Sabirabadda pambıqyığan kombayn qəzaya uğradı, ölən var
Sabirabad rayonunda pambıqyığan kombayn qəzaya uğrayıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sərxanbəyli kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Nurlan Zəbulla oğlu Kərimov kombaynla hərəkətdə olarkən idarəetməni itirərək, texnikanı körpüdən kanala aşırıb. N. Kərimov hadisə nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər