Digər

Kiyevlə bunu həll etmişik, Rusiya etiraz etmir - Uitaker

25 Dec 2025, 09:15 1 baxış
Kiyevlə bunu həll etmişik, Rusiya etiraz etmir - Uitaker

Vaşinqton Kiyevlə təhlükəsizlik məsələlərini əsasən həll edib, indi hər şey ərazi ilə bağlıdır.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Foks Nyus"a deyib.


"Nəticə etibarilə, hər şey ərazi və onun bölünməsi məsələsindən asılıdır: Bu, silahsızlaşdırılmış zona, yaxud iqtisadi imkanlar zonası olacaq, çünki biz ukraynalılarla təhlükəsizlik zəmanətlərini əsasən həll etmişik", - deyə o bildirib.


Uitaker əlavə edib ki, Moskvanın buna heç bir etirazı yoxdur:


"Atəşkəs və sülhməramlılıqla bağlı maddələr də həll olunmalıdır".

Mənbə axar.az

Oxşar Xəbərlər