Digər
Futbolçu oyun zamanı boğularaq öldü
Burundili futbolçu matç zamanı boğularaq ölüb.
Axar.az xəbər verir ki, bu barədə "Sport Nyus Afrika" məlumat yayıb.
Məlumata görə, "Qepye-dyu-Lak" komandasının yarımmüdafiəçisi İqiraneza Ayme Gerikin halı "Amassipiri" ilə matç zamanı pisləşib.
Belə ki, futbolçu cadugərlik ritualına uyğun olaraq ağzına qəpik qoyub, lakin dəmir pul onun boğazına gedərək nəfəs borusunu tıxayıb.
Tibb işçiləri ona meydançada yardım göstəriblər. Lakin futbolçu xəstəxanaya aparılarkən yolda ölüb.
Mənbə
axar.az