Digər
Venesuela hələ iki ay blokadada qalacaq
Vaşinqton administrasiyası Venesuela sahillərində ən azı iki ay ərzində dəniz blokadasını davam etdirmək, neft tankerlərinin ölkəyə girişinin qarşısını almaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.
"Hərbi güc hələ də bir seçim olaraq qalsa da, əsas diqqət Ağ Evin istədiyi nəticəyə nail olmaq üçün sanksiyaların tətbiqi yolu ilə iqtisadi təzyiqi davam etdirməyə yönəlib”, - deyə bildirilib.
Mənbə
axar.az