Digər

Nigeriyada məsciddə partlayış: 7 nəfər öldü

24 Dec 2025, 23:36 1 baxış
Nigeriyada məsciddə partlayış: 7 nəfər öldü

Nigeriyanın şimal-şərqindəki bir məsciddə axşam namazı zamanı partlayış baş verib.


Axar.az xəbər verir ki, bu barədə "Vanguard" qəzetinin məlumatında deyilir.


"Borno ştatının paytaxtı Mayduquridəki Qamboru bazarındakı məscidə yerləşdirildiyi güman edilən partlayıcı qurğular sakinlərin ibadəti zamanı işə düşüb", - deyə bildirilib.


İlkin məlumata görə, partlayış nəticəsində ən azı yeddi nəfər ölüb.

Mənbə axar.az

Oxşar Xəbərlər