Cəmiyyət
Nazir müavini: "Fasiləsiz informasiya axını gənclərdə dərin düşünmə və dəyər formalaşdırma imkanını zəiflədir"
"Əgər gənclər doğru şəkildə istiqamətləndirilsə, onlara böyüklər tərəfindən sağlam şüur və dəyərlər aşılanarsa, bu bilikləri başqalarına da ötürə bilərlər. Burada ailənin rolu xüsusilə vacibdir". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Din Xadimlərinin II Forumunda "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: Müasir metod və innovativ yanaşmalar" mövzusunda panel müzakirəsi zamanı gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib. Onun sözlərinə görə, informasiya axını fasiləsizdir və dayanmır: "Gənclər isə düşüncə mərhələsində olan insanlardır. Bu proses onların daxili dünyasında dəyişkənliyin başlanmasına səbəb olur. Bugünkü gənclər - 1990-cı və 2000-ci illərdə doğulan nəsil - çox sürətli və nəzarətsiz informasiya mühitində böyüyüb. Onlara bir məlumat çatmamış, digəri təqdim olunur. Bu isə dərin düşünmə və dəyər formalaşdırma imkanını zəiflədir". Aygün Mirakif
Mənbə
oxu.az