Cəmiyyət

Nazirlik “Referans”da yoxlama apardı: Sertifikatsız fəaliyyət...

24 Dec 2025, 14:03 1 baxış
Nazirlik “Referans”da yoxlama apardı: Sertifikatsız fəaliyyət...

Səhiyyə Nazirliyi “Referans” klinikasının Əhmədli filialında plandankənar yoxlama keçirib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, yoxlama zamanı klinikada sertifikatsız “rentgenoloji” iş üzrə özəl praktik tibb fəaliyyəti aşkar edilib.


Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərib.


Məhkəmənin qərarına əsasən, “Referans” klinikası 6 000 manat məbləğində cərimələnib.


Qeyd edək ki, “Referans Medikal Qrup”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər