Cəmiyyət
Safi Arpaquş: "Tarixin ən çətin və ağır dövrlərindən birini yaşayırıq"
"Son bir neçə əsrdir dünyamız böyük dəyişikliklərə səhnə olub". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Din Xadimlərinin II Forumunun açılış mərasimində Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş deyib: "İnsanların sanki bir böhrandan digərinə, bir çıxılmazdan növbətisinə sürükləndiyi bu zamanda təəssüf ki, İslam dünyasının gücü və təsiri zəifləyib. Müsəlmanlar qlobal miqyasda passiv mövqeyə düşüblər. Gəlinən nöqtədə bəşəriyyət olaraq, bəlkə də tarixin ən çətin və ən ağır dövrlərindən birini yaşayırıq. Siyasi, iqtisadi, əxlaqi və mənəvi problemlərin bütün dünyanı bürüdüyü bu günlərdə insanlıq ciddi sınaqlarla üz-üzədir". Aygün Mirakif
Mənbə
oxu.az