Cəmiyyət

“Bravo” yenə cərimələndi: Vitrində və kassada fərqli qiymət...

24 Dec 2025, 09:51 1 baxış
“Bravo” yenə cərimələndi: Vitrində və kassada fərqli qiymət...

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bravo” supermarketlər şəbəkəsini növbəti dəfə cərimələdib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, ticarət əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan şirkət barədə protokol tərtib edilib.


Protokolda qeyd olunur ki, “Bravo” marketdə “Rucker Gauda” pendirinin 1 kq-nın qiymətinin 19.49 manat göstərilməsinə baxmayaraq, kassada 22.99 manata satılıb.


İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən “Bravo” 4 min manat cərimə olunub.


Qeyd edək ki, “Bravo”da daha öncə də oxşar nöqsanlar olduğu üçün dəfələrlə cəriməyə məruz qalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər