Cəmiyyət
Horovlu sakini: "Şükürlər olsun ki, indi öz evimizə köçürük"
"Yurd-yuvamızdan çox pis vəziyyətdə gəlmişdik. Yataqxanalarda, qohum evlərində qaldıq. Şükürlər olsun ki, indi öz evimizə köçürük". Bu sözləri Oxu.Az-a açıqlamasında növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan Solmaz Ağayeva deyib. Onun sözlərinə görə, Cəbrayılın Fuqanlı kəndindən köçkün düşüb, indi Horovluya qayıdır: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizin səyləri nəticəsində qayıdırıq. Bundan böyük xoşbəxtlik ola bilməz". Xatırladaq ki, bu gün Horovlu kəndinə 19 ailə - 70 sakin köçürülür. Elmidar Əliyev
Mənbə
oxu.az