Cəmiyyət

Siqaretin nə qədər bahalaşacağı bəlli oldu - Qiymət

23 Dec 2025, 23:32 14 baxış
Siqaretin nə qədər bahalaşacağı bəlli oldu - Qiymət

2026-cı ilin yanvarından Azərbaycanda siqaretlərin qiymətində artım gözlənilir. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişiklikdir - aksiz dərəcəsi əvvəlki 1000 ədəd üçün 45.5 manatdan 1000 ədəd üçün 55 manata yüksəldilib. Aksiz dolayı vergi olduğundan bu artım birbaşa pərakəndə satış qiymətlərinə təsir edəcək.


Axar.az Ölkə.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, yeni ilin ilk günündən Azərbaycanda növündən və çeşidindən asılı olmayaraq 1 qutu (20 ədəd) siqaretin qiyməti minimum 20 qəpik artacaq. Qanunvericiliyə edilən dəyişiklik artıq bazara da təsirsiz qalmayıb - paytaxtda fəaliyyət göstərən bəzi marketlərin siqaret satışını məhdudlaşdırdığı bildirilir.


Satıcılar və ekspertlərin qiymətləndirmələrinə görə, yeni ildən siqaretlərin qiyməti müxtəlif markalar üzrə 2.5 - 5.5 AZN arasında dəyişəcək.


Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər