Cəmiyyət

Sumqayıtda BMW yük maşını ilə TOQQUŞDU: Xəsarət alan var

23 Dec 2025, 18:03 1 baxış
Sumqayıtda BMW yük maşını ilə TOQQUŞDU: Xəsarət alan var
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 16:44-də şəhərin Azərbaycan prospektində qeydə alınıb. Belə ki, "Ford" markalı yük avtomobili ilə BMW markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində Abşeron rayonu, Aşağı Güzdək kənd sakini, 1986-cı il təvəllüdlü Razim Şahhüseyn oğlu Kərimov bud sümüyünün açıq sınığı xəsarəti ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər